...

"Deputatlığa namizədlər üçün yaddaş kitabçası" nəşr edilib

Siyasət Materials 12 Sentyabr 2015 13:27 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Deputatlığa namizədlər üçün yaddaş kitabçası” hazırlayıb.
"Deputatlığa namizədlər üçün yaddaş kitabçası" nəşr edilib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Mərkəzi Seçki Komissiyası (MSK) 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar müxtəlif seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində "Deputatlığa namizədlər üçün yaddaş kitabçası" hazırlayıb.

MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd Milli Məclis üzvlüyünə seçilmək niyyətində olan vətəndaşların passiv seçki hüquqlarının reallaşdırılması üçün onlara metodiki yardım göstərmək və fəaliyyətlərinin daha da asanlaşdırılmasına imkan yaratmaqdır.

Nəşrdə deputatlığa namizədliyin irəli sürülməsi və qeydə alınması ilə bağlı atılası addımlar, qeydə alınmış deputatlığa namizədlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib.

Yaddaş kitabçası Azərbaycan Respublikasının Seçki Məcəlləsi və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

"Deputatlığa namizədlər üçün yaddaş kitabçası"nı aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti