...

Azərbaycanda müəllimlər və həkimlər üçün xüsusi ipoteka şərtləri tətbiq edilə bilər

Siyasət Materials 30 Sentyabr 2015 12:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda müəllimlər və həkimlər üçün xüsusi ipoteka şərtlərinin tətbiq edilməsi təklif edilir.

Trend-in məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Musa Quliyev deyib ki, Azərbaycanda müəllimlərin və həkimlərin əmək haqlarının məbləği sosial ipotekadan faydalanmağa imkan vermir: "Müəllim və həkilmlərin maaşı sosial ipoteka üçün qoyulan normalara çatmır".

M.Quliyev bildirib ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməlidir: "Təklif edirəm ki, qanunvericiliyə dəyişiklik olunsun və müəllimlər və həkimlər sosial ipoteka üçün xüsusi kateqoriyaya daxil edilsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti