...

Səməd Seyidov: Azərbaycanı beynəlxalq proseslərdən təcrid etmək cəhdi tamamilə iflasa uğradı

Siyasət Materials 2 Oktyabr 2015 16:35 (UTC +04:00)
Səməd Seyidov: Bu sessiyada Avropa Şurasında Azərbaycanı beynəlxalq təşkilatlardan, beynəlxalq proseslərdən təcrid etmək və xüsusilə parlament seçkilərini alət kimi vəziyyəti gərginləşdirmək cəhdi tamamilə iflasa uğradı.
Səməd Seyidov: Azərbaycanı beynəlxalq proseslərdən təcrid etmək cəhdi tamamilə iflasa uğradı

Fransa, Paris, 2 oktyabr /Trend, müxbir Anar Məmmədov/

Səməd Seyidov: Bu sessiyada Avropa Şurasında Azərbaycanı beynəlxalq təşkilatlardan, beynəlxalq proseslərdən təcrid etmək və xüsusilə parlament seçkilərini alət kimi vəziyyəti gərginləşdirmək cəhdi tamamilə iflasa uğradı.

"Bu sessiyada Avropa Şurasında Azərbaycanı beynəlxalq təşkilatlardan, beynəlxalq proseslərdən təcrid etmək və xüsusilə parlament seçkilərindən alət kimi istifadə edərək vəziyyəti gərginləşdirmək cəhdi tamamilə iflasa uğradı". Trend-in məlumatına görə, bu fikirləri cümə günü jurnalistlərə açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədri Səməd Seyidov qurumun payız plenar sessiyasının nəticələrinə münasibət bildirərkən deyib.

Millət vəkili açıqlamasında bir çox məsələrə toxunub: "İki əsas məsələni vurğulamaq lazımdır. Bunun biri birbaşa Azərbaycanla bağlıdır. İkincisi də dolayısilə Azərbaycanla bağlıdır, amma daha çox Avropaya aid olan məsələdir. Birinci məsələ Azərbaycanı Avropa və beynəlxalq strukturlardan, ümumiyyətlə, Avropanın siyasi arenasından təcrid etmək cəhdinin iflasa uğramasıdır. Yəni bu, düşünülmüş bir plan idi. Bunun əsasında istifadə olunan hadisə Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri idi. Və bu parlament seçkiləri vasitəsilə - parlament seçkiləri heç kimi maraqlandırmır - Azərbaycanı Avropadan, dünyadan, dünyada gedən beynəlxalq proseslərdən süni şəkildə təcrid etmək cəhdi idi. Bu provokasiyanın ciddi və düşünülmüş şəkildə bəzi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi artıq bu prosesi göstərdi".

S.Seyidov vurğulayıb ki, bu sessiyada Avropa Şurasında Azərbaycanı beynəlxalq təşkilatlardan, beynəlxalq proseslərdən təcrid etmək və xüsusilə parlament seçkilərindən alət kimi istifadə edərək vəziyyəti gərginləşdirmək cəhdi tamamilə iflasa uğradı: "Avropa Şurası xüsusi bir qərar qərar qəbul etdi. Bu qərara əsasən, Avropa Şurasının 32 nəfərdən ibarət böyük nümayəndə heyəti Azərbaycanda parlament seçkilərini müşahidə etmək üçün ölkəyə səfər edəcək. Təşkilatın seçkiqabağı missiyası artıq Bakıya səfər edib. Seçkiləri müşahidə missiyası ölkəyə səfər etdikdən sonra hazırladığı hesabat AŞ PA-nın yanvar ayındakı sessiyasında dinləniləcək. Hesabatın hansı formada olmasının fərqi yoxdur. Hər bir hesabatın daxilində müsbət və mənfi məqamlar olur. Bir daha təkrar edirəm ki, parlament seçkiləri bir bəhanə idi. Və məqsəd bu bəhanədən istifadə edərək vəziyyəti gərginləşdirmək, Azərbaycana təzyiq göstərmək idi. Düşünün, qısa bir müddətdə düşünülmüş şəkildə əvvəlcə Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi. Bundan sonra DTİHB seçki ilə bağlı məsələni gərginləşdirməyə başladı. Özü də Avropa Parlamentinin daxilində seçki ilə bağlı müraciət var. DTİHB bu müraciətə dərhal cavab verir. Bundan sonra ATƏT Parlament Assambleyası məsələyə münasibət bildirir. Yənu bu məsələ zəncirvari şəkildə davam edirdi. Amma bu zəncirin qırılması, iflasa uğraması burada - Avropa Şurasında, bu plenar sessiyada baş verdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti