...

İlham Əliyev Macarıstan Prezidentini təbrik edib

Siyasət Materials 22 Oktyabr 2015 18:28 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Macarıstan Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstan Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Macarıstan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və inkişafı istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti