...

Koreyanın yeni səfiri etimadnaməsinin surətini təqdim edib (FOTO)

Siyasət Materials 23 Oktyabr 2015 16:39 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib.
Koreyanın yeni səfiri etimadnaməsinin surətini təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfir Kim Çanq Gyu etimadnaməsinin surətini nazirə təqdim edib.

Görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Səfir diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

E.Kəmmədyarov K.Ç.Gyuya diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti