...

Avstraliya parlamentariləri azərbaycanlı qaçqınların məsələsini gündəmə gətirəcək

Siyasət Materials 3 Noyabr 2015 14:41 (UTC +04:00)
Azərbaycan və Avstraliya arasında iqtisadi və siyasi münasibətlər hələ də inkişaf mərhələsindədir və böyük potensialı var.
Avstraliya parlamentariləri azərbaycanlı qaçqınların məsələsini gündəmə gətirəcək

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Ənvər Məmmədov/

Azərbaycan və Avstraliya arasında iqtisadi və siyasi münasibətlər inkişaf mərhələsindədir və bu sahədə böyük potensial var. Bunu Trend-ə Avstraliya-Azərbaycan parlament qrupunun sədri, deputat Lyuk Simpkins deyib.

Deputat bildirib ki, ölkələrimizin təhsil, kənd təsərrüfatı sahələrində əlaqələrin bundan sonra da genişləndirilməsi üçün çox yaxşı imkanları var və biz digər sahələrdə də əməkdaşlıq imkanları axtarırıq.

L.Simpkinsin sözlərinə görə, təəssüf ki, Azərbaycan və Avstraliya bir-birindən xeyli aralıda yerləşir, lakin Azərbaycan diasporunun Avstraliyadakı səyləri sayəsində iki ölkə arasında əlaqələr getdikcə möhkəmlənir və genişlənir.

L.Simpkins qeyd edib ki, Azərbaycana səfəri zamanı Gəncədə də olub, burada Kəlbəcər rayonundan olan qaçqın və məcburi köçkünlərlə görüş keçirib: "Gəncədə olarkən şəxsi təşəbbüsümüzlə Azərbaycanın Kəlbəcər rayonundan olan məcburi köçkünlərlə görüşdük, onlardan problemləri ilə bağlı ətraflı məlumat aldıq. Xahiş etdik ki, məcburi köçkünlər barədə bizə yazılı formada məlumat verilsin. Avstraliyaya qayıdarkən bu məsələni Xarici İşlər Nazirliyi qarşısında qaldıracağıq".

Deputatın sözlərinə görə, Avstraliyada Dağlıq Qarabağ münaqişəsi barədə çox az məlumatlıdırlar: "Azərbaycan-Avstraliya parlament qrupu işə başlamazdan əvvəl biz bu münaqişə barədə heç nə bilmirdik. Avstraliya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsi barədə bilməsi üçün böyük həcmdə iş görməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti