...

Deputat: Azərbaycan vətəndaşının normal yaşaması üçün dövlət lazımi tədbirləri görür

Siyasət Materials 19 Yanvar 2016 17:16 (UTC +04:00)
Dünyada baş verən iqtisadi böhran şəraitində Azərbaycan vətəndaşının normal yaşaması üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülür.
Deputat: Azərbaycan vətəndaşının normal yaşaması üçün dövlət lazımi tədbirləri görür

Bakı. İlhamə İsabalayeva - Trend:

Dünyada baş verən iqtisadi böhran şəraitində Azərbaycan vətəndaşının normal yaşaması üçün dövlət tərəfindən bütün lazımi tədbirlər görülür. Bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Onun sözlərinə görə, Prezidentin sərəncamı ilə pensiya və müavinətlərin artırılması Azərbaycanın sosial siyasətinin tərkib hissəsidir.

Deputat hesab edir ki, dövlətin əhaliyə göstərdiyi dəstək bu gün ortaya çıxan məsələ deyil: "Azərbaycanda həmişə əhalinin həyat şəraitinin yüksəldilməsi istiqamətində addımlar atılıb. Amma indi dünyada çox mürəkkəb proseslər baş verir. Bunların da çoxu süni şəkildə meydana çıxan məsələlərdir. Azərbaycan vətəndaşının normal yaşaması üçün dövlət tərəfindən bu gün bütün lazımi tədbirlər görülür. Bu, müvəqqəti çətinlikdir. Bu, dünyanın ümumi inkişaf prosesinin nəticəsi deyil, təsadüfən ortaya çıxan fövqəladə bir haldır".

N.Cəfərov bildirib ki, bütün bu halların Azərbaycana göstərdiyi təsirlərin nəticəsi dövlət tərəfindən kifayət qədər ciddi səylərlə aradan qaldırılır: "Yəqin ki, bundan sonra da bütün lazımi tədbirlər görüləcək ki, biz bu sınaqdan az itki ilə cıxaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti