...

Aktauda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTO)

Siyasət Materials 20 Yanvar 2016 13:12 (UTC +04:00)
Aktau şəhərində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.
Aktauda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

Aktau şəhərində 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.

Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, mərasimdə Manqistau vilayətində yaşayan azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin üzvləri, "Azərbaycanın Qazaxıstanda biznes investisiyası Assosiasiyası"nın (ABİA) üzvləri, ictimaiyyət nümayəndələri, yerli kütləvi informasiya vasitələri nümayəndələri, azərbaycanlı tələbələr iştirak ediblər.

Tədbir keçirilən zalda 20 Yanvar şəhidlərin xatirəsinə foto-kompozisiya yaradılıb, kitabların sərgisi təşkil edilib.

Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edildi. Sonra Azərbaycanın Aktau şəhərindəki Baş konsulluğunun rəhbəri Elxan Zeynalov çıxış edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar faciəsinin baş vermə səbəblərindən danışdı və Azərbaycanın suverenliyi və müstəqilliyi uğrunda həlak olanların ruhunun anılmasının hər bir azərbaycanlının borcu olduğunu qeyd etdi. O, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından və bunun nəticəsində Azərbaycanda misli görünməmiş faciənin baş verdiyini bildirərək, ümummilli lider Heydər Əliyev tərəfindən bu hadisəyə verilən qiymətdən danışdı.

Sonra ümummilli lider Heydər Əliyevin 20 yanvar hadisələri ilə bağlı çıxışı tədbir iştirakçılarına təqdim olundu.

Manqistau vilayətindəki azərbaycanlıların "Dostluq" milli-mədəni cəmiyyətinin sədri Vaqif Nəbiyev və professor Yusif Quliyev çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu qeyd etdilər.

Daha sonra azərbaycanlı uşaqlar və tələbələr tərəfindən 20 yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndirildi.

Çıxışlardan sonra 20 Yanvar faciəsi ilə bağlı film nümayiş etdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti