Bakı. Trend:
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 1-dən 3-dək Roma şəhərində NATO Müdafiə Kollecinin ali kurs dinləyicilərinin xarici dövlətlərə səfərlərinin planlaşdırılması konfransı, fevralın 1-dən 5-dək Ankara şəhərində terrorçuluqla mübarizə kursu, fevralın 1-dən 12-dək isə kiber müdafiə kursu, fevralın 1-dən martın 4-dək isə İstanbul şəhərində partlayıcı maddələrin aşkarlanması kursu keçirilir.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.