...

Kaliforniyada Xocalı qətliamına dair video-süjet nümayiş olunur

Siyasət Materials 26 Fevral 2016 11:04 (UTC +04:00)
Kaliforniyanın Silikon Vadisində Xocalı qətliamına dair video-süjet nümayiş olunur.
Kaliforniyada Xocalı qətliamına dair video-süjet nümayiş olunur

Bakı. Trend:

Kaliforniyanın Silikon Vadisində Xocalı qətliamına dair video-süjet nümayiş olunur.

ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Cəmiyyətinin (AAMC) təşəbbüsü ilə yerli ictimai televiziya kanalında Xocalı qətliamına dair video-süjetin uzunmüddətli nümayişinə başlanılıb.

AAMC-dən Trend-ə verilən məlumata görə, nümayişdə Xocalı qətliamı zamanı ermənilərə əsir düşən azərbaycanlı qadın Dürdanə Ağayeva ilə lentə alınmış video-müsahibə tamaşaçılara təqdim olunmaqdadır. Qeyd edək ki, bu video-müsahibə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun sifarişi əsasında 2015-ci ildə Los Ancelesdə hazırlanıb.

AAMC-nin nümayəndəsi və Azərbaycan icmasının fəallarından Zərifə Musayeva TREND-ə bildirib ki, video-müsahibə 22 fevral tarixindən göstərilməkdədir. O, qeyd edib ki, sözügedən müsahibəni "MidPen" Media Mərkəzinə məxsus ictimai televiziya kanalı nümayiş etdirməkdədir. Z.Musayeva nümayişin 5 mart tarixinə qədər davam edəcəyini bildirib.

Qeyd edək ki, regional əsasda fəaliyət göstərən "MidPen" kanalı Kaliforniyanın şimalında yerləşən Aterton, Şərqi Palo Alto, Menlo Park və Palo Alto şəhərlərinə yayım həyata keçirməkdə və 150 minə yaxın fəal tamaşaçı kütləsinə xidmət etməkdədir. Sözügedən şəhərlər Silikon Vadisi adı ilə tanınan və nüfuzlu global texnologiya müəssisələrinin fəaliyyət göstərdiyi ərazi vahidinə daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti