...

Aqil Abbas: Prezident İlham Əliyev əfv sərəncamı ilə yüzlərlə ailəyə bayram sevinci bəxş etdi

Siyasət Materials 17 Mart 2016 16:54 (UTC +04:00)
Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı yüzlərlə ailəyə növbəti dəfə sevinc yaşatdı.
Aqil Abbas: Prezident İlham Əliyev əfv sərəncamı ilə yüzlərlə ailəyə bayram sevinci bəxş etdi

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı yüzlərlə ailəyə növbəti dəfə sevinc yaşatdı. Bunu Trend-ə açıqlamasında millət vəkili Aqil Abbas bildirib.

Millət vəkili bildirib ki, dövlət başçısının bu humanist addımı hamılıqla alqışlanır: "Dövlət başçısı onsuz da, demək olar, hər il bu cür humanistliklə ailələri sevindirir. Əfv olunanlar müəyyən cinayət törədən və cəzasının müəyyən hissəsini çəkənlərdir. Onların cəzasının bağışlanması həm həmin şəxslər üçün, həm də onların ailə üzvləri üçün bayram sevincidir. Əfv olunanların anası, bacısı, ailəsi, yaxın qohumları var. Bu gün onlar hədsiz sevinirlər".

A.Abbas qeyd edib ki, cənab Prezidentin bu addımı yalnız alqışlanmalıdır: "Biz də Azərbaycan xalqının bir nümayəndəsi kimi, bu sərəncamı alqışlayırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti