...

Bahar Muradova: Mülki əhali bu gün özünü səngərdə hiss edir

Siyasət Materials 5 Aprel 2016 13:31 (UTC +04:00)
Bu haqq işi mütləq sona çatacaq və şəhidlərimizin qanları yerdə qalmayacaq.
Bahar Muradova: Mülki əhali bu gün özünü səngərdə hiss edir

Bakı. Elçin Mehdiyev - Trend:

"Bu haqq işi mütləq sona çatacaq və şəhidlərimizin qanları yerdə qalmayacaq. Bunun üçün də şəhidlərimiz öz qanlarını vətən uğrunda tökdülər".

Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova bu gün keçirilən plenar iclasda cəbhə xəttində yaranan gərginliyə münasibət bildirərkən deyib.

B.Muradova bildirib ki, daxilən qürur duyduğum bir məqam var ki, bu dəfəki vəziyyət fərqlidir: "Mülki əhali tamamilə başqa əhval-ruhiyyədir. Bir gözü ağlayan, bir gözü gülən şəhid analarının qüruru var ki, övladları vətən uğrunda şəhid olublar. Mülki əhali bu gün özünü səngərdə hiss edir. Heç bir kəs öz yerindən tərpənmədən həyatlarına davam edir. Əsas istəkləri də odur ki, başlanan bu iş sona çatsın. Erməni ordusu işğal olunan ərazilərimizi tərk etsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti