...

İlham Əliyev Laos Prezidentini təbrik edib

Siyasət Materials 25 Aprel 2016 17:08 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Volaçitə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Laos Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Bounyanq Volaçitə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Laos Xalq Demokratik Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Laos arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Laos xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti