Bakı. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, iyirmi səkkiz min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinə 5,2 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.