...

Milli Məclisdə yeni cəzalar qəbul olundu

Siyasət Materials 6 May 2016 13:49 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Milli Məclisdə yeni cəzalar qəbul olundu

Bakı. Elçin Mehdiyev - Trend:

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, dəyişikliklərdə bir sıra qanunsuz hərəkətlərə görə tətbiq edilən cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur.

Belə ki, qanunsuz lotereya və idman mərc oyunlarının keçirilməsi, yalançı sahibkarlıq, saxta müflisləşmə, əmtəə nişanlarınqan qanunsuz istifadə etmə, qəsdən müflisləşmə, istehlakçıların hüquqlarının pozulması və digər qanunsuz hərəkətlərin daha sərt cərimələnməsi təklif edilir.

Dəyişikliklər müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti