...

Efiopiyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Siyasət Materials 11 May 2016 14:00 (UTC +04:00)
Azərbaycanın Efiopiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.
Efiopiyada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Azərbaycanın Efiopiyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Mayın 10-da Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyində Azərbaycanda təhsil almış efiopiyalı məzunların, eləcə də yerli iş adamlarının və media nümayəndələrinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Tədbirin açılışında çıxış edən səfir Elman Abdullayev ümummilli lider Heydər Əliyevin hər zaman öz xalqının yanında olduğunu qeyd edərək, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin və suverenliyimizin möhkəmlənməsində, ölkəmizdə sabitliyin bərqərar olunmasında, Azərbaycanın beynəlxalq aləmdə öz layiqli yerini tutmasında, ölkə iqtisadiyyatının dirçəlməsində, xalqın milli birliyinin təmin olunmasında və milli ideologiyamız olan Azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsində əvəzsiz xidmətləri və tarixi rolu olduğunu vurğuladı.

Tədbir çərçivəsində qonaqlara ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən film nümayiş etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti