...

CHP Ermənistanla PKK terrorçularının hərəkətində fərq görmür

Siyasət Materials 24 İyun 2016 18:45 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ermənistanın Azərbaycanla danışıqlar fonunda təmas xəttinə hərbi texnika cəlb etməsi strategiyası PKK terror təşkilatının fəaliyyətindən fərqlənmir.

Trend-in Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Cümhuriyyət Xalq Partiyasının (CHP) sədr müavini Öztürk Yılmaz deyib.

Onun sözlərinə görə, PKK güc toplamaq və silah əldə etmək üçün sülh danışıqlarından istifadə etdi.

Ö.Yılmaz ümid etdiyini bildirib ki, Ermənistan təmas xəttinə ordunu cəlb etməklə ondan müharibəyə hazırlıq qismində istifadə etməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti