...

Məzahir Pənahov: AŞPA müşahidəçiləri Ağdaşdakı təkrar seçkini yüksək qiymətləndiriblər

Siyasət Materials 2 İyul 2016 12:06 (UTC +04:00)
Seçki prosesini izləmək üçün Azərbaycana gələn beynəlxalq müşahidəçilər də prosesin təşkili və keçirilməsindən razı qalıblar.
Məzahir Pənahov: AŞPA müşahidəçiləri Ağdaşdakı təkrar seçkini yüksək qiymətləndiriblər

Bakı. Anaxanım Hidayətova - Trend:

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər artıq başa çatıb. Seçki prosesini izləmək üçün Azərbaycana gələn beynəlxalq müşahidəçilər də prosesin təşkili və keçirilməsindən razı qalıblar.

Bu barədə Trend-ə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Komissiyanın sədri qeyd edib ki, təkrar seçkiləri izləmək üçün Avropa Şurasının Parlament Assambleyasının 4 nəfər nümayəndəsi gəlmişdi: "Çox nüfuzlu insanlar idi. Prosesi izləyəndən sonra nəticələrlə bağlı yüksək fikirdə olduqlarını bildirdilər".

M.Pənahov bildirib ki, həmin müşahidəçilər seçki prosesi zamanı namizədlərin hər biri ilə görüşüb, onları dinləyib və seçki prosesini yüksək qiymətləndiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti