...

Brayza: Azərbaycan Prezidentinin NATO sammitində iştirakı alyansın Bakını etibarlı tərəfdaş hesab etdiyini göstərir

Siyasət Materials 8 İyul 2016 16:21 (UTC +04:00)
Azərbaycan Prezidentinin NATO sammitində iştirakı alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etməyindən xəbər verir.
Brayza: Azərbaycan Prezidentinin NATO sammitində iştirakı alyansın Bakını etibarlı tərəfdaş hesab etdiyini göstərir

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan Prezidentinin NATO sammitində iştirakı alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etməyindən xəbər verir.

Bunu Trend-ə ABŞ dövlət katibinin Avropa və Avrasiya işləri üzrə sabiq köməkçisi, Birləşmiş Ştatların Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bildirib.

Onun sözlərinə görə, NATO uzun illərdir qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Gürcüstan, Qazaxıstan və digər ölkələrlə yaxşı münasibətlər qurmaq üçün çalışır

M.Brayza qeyd edib ki, Azərbaycanın Varşavada NATO sammitində iştirakı tam təbiidir: "Bu ondan xəbər verir ki, tərəflər yaxşı münasibətlər, dostluq münasibətləri qurublar. Bundan başqa, Azərbaycan şübhəsiz ki, terrorizmə qarşı mübarizədə mühüm rol oynayır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti