...

Türkiyə Prezidenti Administrasiyası Gülənin ekstradisiyası məsələsini şərh etdi (ÖZƏL)

Siyasət Materials 19 İyul 2016 17:49 (UTC +04:00)
Türkiyə dövlət çevrilişi cəhdlərinin təşkilatçısı hesab etdiyi Fəthullah Gülənin ABŞ-dan ekstradisiyası üçün mümkün olan hər şeyi edəcək.
Türkiyə Prezidenti Administrasiyası Gülənin ekstradisiyası məsələsini şərh etdi (ÖZƏL)

Bakı. Trend:

Türkiyə dövlət çevrilişi cəhdlərinin təşkilatçısı hesab etdiyi Fəthullah Gülənin ABŞ-dan ekstradisiyası üçün mümkün olan hər şeyi edəcək.

Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından deyiblər.

Administrasiyadan qeyd ediblər ki, çevriliş cəhdi Türkiyənin terror hücumları təhlükəsi qarşısında olduğunu göstərir: "İndiyədək Gülən hərəkatına qarşı mübarizə Türkiyənin əsas prioritetlərindən biri olaraq qalır".

PA-dan bildiriblər ki, əgər ABŞ Türkiyənin strateji tərəfdaşıdırsa, o zaman F.Güləni Türkiyəyə ekstradisiya etməlidir: "Türkiyə ABŞ-ın tələbi ilə dəfələrlə terrorçuları Birləşmiş Ştatlara qaytarıb. ABŞ bu məqamı nəzərə almalıdır. Bundan başqa, ABŞ və Türkiyə arasında 1979-cu ilin iyun ayında imzalanmış və 1981-ci ildə qüvvəyə minmiş ekstradisiya üzrə saziş mövcuddur”.

Administrasiyadan deyiblər ki, F.Gülənin ekstradisiyası Türkiyə xalqının maraqlarına düşmən kəsilmiş terror təşkilatını zəiflədəcək: “Dövlət çevrilişinə cəhd Türkiyə dövlətinə və xalqına xəyanətdir. Hərbi texnikanın gücü xalqın iradəsini sındıra bilmədi”.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti