Bakı. Orxan Quluzadə - Trend:
Azərbaycanın hər zaman Türkiyəyə müttəfiq olduğuna inanırıq.
Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun bu gün keçirdiyi mətbuat konfransında deyib.
Səfir qeyd edib ki, Fətullahçı terroristlər həm Türkiyəyə, həm də yerləşdiyi ölkələrə təhlükə yaradırlar: "Bu mövzuda məlumatlarımızı Azərbaycanla lazımi yollar vasitəsi ilə paylaşırıq. Azərbaycanın da lazım olacağı tədbirlər görəcəyinə inanırıq".
Diplomat sonra vurğulayıb: "Biz Azərbaycan ilə Fətullahçı terror təşkilatı haqqında daima məlumatları paylaşmışıq. Bizim qarşılıqlı əlaqələrimizdə heç bir zaman maneə yaranmayıb".