...

Dağlıq Qarabağ münaqişəsi yeni formatda müzakirə oluna bilər

Siyasət Materials 10 Avqust 2016 12:16 (UTC +04:00)
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan-Türkiyə-Rüsiya üçtərəfli mexanizmi çərçivəsində müzakirə edilə bilər.
Dağlıq Qarabağ münaqişəsi yeni formatda müzakirə oluna bilər

Bakı. Trend:

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan-Türkiyə-Rüsiya üçtərəfli mexanizmi çərçivəsində müzakirə edilə bilər.

Trend-in ТRT telekanalına istinadən veridiyi məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, üçtərəfli format bütün tərəflər üçün faydalı olacaq: “Biz bu formatı Azərbaycanda görüş zamanı müzakirə etdik. Azərbaycan Rusiya ilə üçtərəfli mexanizmi müsbət qiymətləndirdi. Bu təşəbbüs Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə görüşündə də səsləndirildi. Rusiya da bu mexanizmi müsbət qiymətləndirdi. Biz siyasi, iqtisadi və nəqliyyat sahələrində əməkdaşlıq edə bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti