...

Dövlət Komissiyası: Azərbaycana keçmiş Ermənistan vətəndaşı ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb

Siyasət Materials 15 Avqust 2016 12:59 (UTC +04:00)
Avqustun 7-də Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisinə keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayerbekoviçlə bağlı aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb.
Dövlət Komissiyası: Azərbaycana keçmiş Ermənistan vətəndaşı ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb

Bakı. Trend:

Avqustun 7-də Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisinə keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayerbekoviçlə bağlı aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb.

Bu barədə Trend-ə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda qeyd olunur ki, hazırda beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq saxlanılmış şəxslə bağlı zəruri prosedurlar həyata keçirilir. Məsələ barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti