...

Prezident İlham Əliyev Qabon Prezidentini təbrik edib

Siyasət Materials 16 Avqust 2016 18:25 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev Qabon Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimbaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Qabon Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qabon arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qabon xalqına sülh və tərəqqi arzulayıram".

".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti