...

Deputat: Azərbaycana qarşı qərəzli rəylərin verilməsi yeni bir hal deyil

Siyasət Materials 24 Sentyabr 2016 10:34 (UTC +04:00)
Azərbaycana qarşı qərəzli rəylərin verilməsi yeni bir hal deyil.
Deputat: Azərbaycana qarşı qərəzli rəylərin verilməsi yeni bir hal deyil

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycana qarşı qərəzli rəylərin verilməsi yeni bir hal deyil.

Bunu Trend-ə Milli Məclisin deputatı Nizami Cəfərov deyib.

Venesiya Komissiyasının Azərbaycan Konstitusiyasına edilən dəyişikliklərlə bağlı hazırladığı rəyin qərəzli olduğunu deyən N.Cəfərov bunun subyektiv maraqlardan irəli gələn bir məsələ olduğunu söyləyib:

“Biz belə halları çox görmüşük. Azərbaycana qarşı belə hallar dəfələrlə olub. Dəfələrlə olub ki, Azərbaycanda gedən inkişafı, demokratiyanı görməyiblər. Azərbaycan dövlət olaraq, öz xüsusiyyətlərini dünyaya açıq göstərir, çünki Azərbaycan dünyaya açıq ölkədir. Bu baxımdan da Azərbaycanda gedən prosesləri, müsbət meylləri qiymətləndirməmək hansısa maraqların nəticəsidir. Belə rəyin edilməsi düşmənçilik olmasa da, düşmənçiliyə yaxın bir münasibətdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti