...

TürkPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının ikinci iclası keçirilib

Siyasət Materials 24 Noyabr 2016 12:08 (UTC +04:00)
Bu gün Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının ikinci iclası keçirilib.
TürkPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının ikinci iclası keçirilib

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının ikinci iclası keçirilib.

Trend-in məlumatına görə, iclasda Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycanın TürkPA-dakı nümayəndə heyətinin üzvü Əhliman Əmiraslanov ətraf mühitin problemləri haqqında danışıb. O qeyd edib ki, əgər bu gün cəmiyyət ətraf mühitlə bağlı problemlərlə məşğul olmazsa, gələcəkdə çox ciddi təhlükələr ola bilər.

Ə.Əmiraslanov vurğulayıb ki, bu gün əsas məsələlərdən biri iqlim dəyişikliyi və günəşin azon qatının deşilməsidir:

“Ətrafa mühitə insanların atdığı tullantılar ciddi təhlükə yaradır. Hazırda dünyada içməli su problemi də var. 1.5 milyard insan çirkli sudan istifadə edir. Bundan başqa, torpaqların deqradasiyaya uğraması nəticəsində də məhsuldarlıq azalır, meşə sahələri qırılır, bunun cüzi hissəsi bərpa edilir. Son yüz ildə dünyada əhalinin dörd dəfə artması, sənaye müəssisələrinin çoxalması bu cür problemlər yaradır”.

Ə.Əmiraslanov əlavə edib ki, bu problemlərin aradan qaldırılması üçün təkliflər irəli sürülməlidir.

Sonra çıxış edən komissiyanın sədr müavini, Türkiyənin TürkPA-dakı nümayəndə heyətinin üzvü Feyzullah Kıyıklık bildirib ki, iqlim dəyişikliyi Türkiyəyə də təsirsiz ötüşmür. Onun sözlərinə görə, TürkPA-da təmsil olunan ölkələr birləşərək birgə mübarizə aparmalıdırlar:

“Ətraf mühitin problemlərinə həsr olunan 63 səhifəlik sənəd hazırlanıb, bu sənəddə iqlim dəyişikliyi ilə bağlı məsələyə toxunulub”.

İclasda çıxış edən Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev xatırladıb ki, bu günə qədər Azərbaycanda ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı 45 qanun qəbul olunub:

“Əgər müstəqilliyin ilk illərində Azərbaycanda xüsusi mühafizə olunan ərazilərin hissəsi 4.5 faiz idisə, bu gün həmin rəqəm 10.5 faizə çatıb. 2000-ci ildə ölkədə 1 milli park var idi. Hazırda isə ölkəmizdə 9 milli park var. Azərbaycan gələcək nəsillərə ölkə ərazisində 10.3 faiz xüsusi mühafizə olunan ərazini ötürəcək. Bu gün Avropada vəhşi təbiət qalmayıb. Əgər vəhşi təbiət görmək istəyirsinizsə, buyurun Azərbayacan gəlin”.

İclas müzakirələrlə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti