...

Uruqvay-Azərbaycan Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib

Siyasət Materials 14 Dekabr 2016 17:56 (UTC +04:00)
Uruqvay Parlamentində həm Senat, həm də Nümayəndələr Palatasının üzvlərindən ibarət Uruqvay-Azərbaycan Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib.
Uruqvay-Azərbaycan Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib

Bakı. Trend:

Uruqvay Parlamentində həm Senat, həm də Nümayəndələr Palatasının üzvlərindən ibarət Uruqvay-Azərbaycan Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ümumilikdə doqquz parlamentardan ibarət Dostluq Qrupunun tərkibinə Uruqvay Parlamentində təmsil olunun bütün siyasi partiyalarının nümayəndələri daxil olub.

Dostluq Qrupunun yeni tərkibinin təsdiq edilməsi Azərbaycan-Uruqvay parlamentlərarası əlaqələrin möhkəmləndirilməsinə, habelə ikitərəfli münasibətlərinin daha da inkişaf etməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti