...

Bakıda TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı olub

Siyasət Materials 22 Dekabr 2016 12:46 (UTC +04:00)
Dekabrın 22-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimi olub.
Bakıda TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı olub

Bakı. Trend:

Dekabrın 22-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimi olub.

Trend-in məlumatına görə, açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov iştirak ediblər.

Binanın rəmzi açılışını bildirən lent kəsildikdən sonra tədbir iştirakçıları mənzil-qərargahda yaradılan şəraitlə tanış olublar.

Sonra tədbirdə TürkPA-nın fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti