...

Bakıda TürkPA-nın yeni binası (FOTO)

Siyasət Materials 22 Dekabr 2016 14:25 (UTC +04:00)
Bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimi olub.
Bakıda TürkPA-nın yeni binası (FOTO)

Bakı. Trend:

Bu gün Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının rəsmi açılışı mərasimi olub.

Açılış mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov iştirak ediblər.

TürkPA 2008-ci il 21 noyabrda yaradılıb. Katiblik 2010-cu ildən Bakıda fəaliyyətə başlayıb.

TürkPA Katibliyinin yeni binası Bakının Binəqədi rayonunun Ə.Rəcəbli və S.S.Axundov küçələrinin kəsişməsində yerləşir. Katiblik Azərbaycan hökuməti tərəfindən bütün müasir avadanlıqla təchiz edimiş və onun fəaliyyəti üçün gözəl şərait yaradılıb.

Katibliyin yeni inzibati binasının açılışı TürkPA-nın fəaliyyətinin genişləndirildiyini sübut edir.

Trend TürkPA-nın yeni binasının görüntülərini təqdim edir:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti