...

İlham Əliyev Kuba və Sudan rəhbərlərini təbrik edib

Siyasət Materials 30 Dekabr 2016 18:19 (UTC +04:00)
Prezident İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusaya təbrik məktubu göndərib.
İlham Əliyev Kuba və Sudan rəhbərlərini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Kuba Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Sədr, Kuba Respublikasının milli bayramı – Azadlıq günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kuba xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Dövlət başçısı Sudan Prezidenti Ömər Həsən Əhməd əl-Bəşirə də təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Sudan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Sudan xalqına sülh və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti