...

“Tax free” sistemi ölkənin mədəni-tarixi sərvəti hesab edilən mallara da şamil olunacaq

Siyasət Materials 13 Yanvar 2017 19:05 (UTC +04:00)
Dəyişikliklərə əsasən “tax free” sistemi ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallara da şamil olunacaq.
“Tax free” sistemi ölkənin mədəni-tarixi sərvəti hesab edilən mallara da şamil olunacaq

Bakı. Trend:

Prezident İlham Əliyev “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 12 iyul tarixli 985 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən fərmanın 5-ci hissəsində “və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti” sözləri “, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti” sözləri ilə, “və hava nəqliyyatında” sözləri “, hava və su nəqliyyatında” sözləri ilə əvəz edilir:

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Vergilər Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə “tax free” sisteminin Azərbaycan Respublikasında tətbiqi ilə bağlı təbliğat, təşviqat və məlumatlandırma tədbirlərini, o cümlədən kütləvi informasiya vasitələrində, hava və su nəqliyyatında video çarxların yayımlanmasını və ölkəyə gələn turistlərə müvafiq bukletlərin paylanmasını təmin etsin.

Həmçinin, dəyişikliklərə əsasən “tax free” sistemi ölkənin mədəni-tarixi sərvəti hesab edilən, mədəni irsin qorunması üçün mühüm əhəmiyyət kəsb edən mallara da şamil olunacaq.

Bu Qayda bilavasitə xidməti vəzifələrini icra edən su nəqliyyatının heyət üzvü olan şəxslərə münasibətdə tətbiq edilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti