...

2017-ci ilin "Gənclər Paytaxtı" müəyyən olundu

Siyasət Materials 2 Fevral 2017 18:46 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev – Trend:

Balakən rayonu 2017-ci ilin "Gənclər Paytaxtı" seçilib.

Trend-in məlumatına görə, Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildən etibarən hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın "Gənclər Paytaxtı" elan edilir.

"Gənclər paytaxtı" internet səsverməsi nəticəsində seçilir. Bu ilin "Gənclər Paytaxtı"nı müəyyən etmək üçün 25 yanvardan start götürmüş müsabiqə 31 yanvarda sona çatıb. Bir həftə davam edən səsvermə nəticəsində Balakən rayonu 24 şəhər və rayon arasında liderlik mövqeyi nümayiş etdirib, 37.4% səs toplayaraq "Gənclər Paytaxtı 2017" adına layiq görülüb.

Hər il olduğu kimi bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilib.

Ümumilikdə sayta 3131779 nəfər daxil olub. Onlardan 57703 nəfəri bu ilin payına düşüb. Azərbaycanın regionlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və inkişafı məqsədi ilə həyata keçirilən bu layihə 5 il ərzində ətrafında kifayət qədər iştirakçı kütləsi toplaya bilib. Bu müddət ərzində Gəncə şəhəri (2012-ci il), Biləsuvar rayonu (2013-cü il), Quba şəhəri (2014-cü il), İsmayıllı rayonu (2015-ci il), Şəmkir rayonu (2016-cı il) Gənclər paytaxtı adına layiq görülüblər.

"Gənclər Paytaxtı" 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması, yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti