...

Azərbaycan XİN Sankt-Peterburq metrosunda törədilən terror aktını pisləyib

Siyasət Materials 3 Aprel 2017 19:47 (UTC +04:00)
Sankt-Peterburq metrosunda törədilmiş terror aktları ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib.
Azərbaycan XİN Sankt-Peterburq metrosunda törədilən terror aktını pisləyib

Bakı. Trend:

Sankt-Peterburq metrosunda törədilmiş terror aktları ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat verib.

Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Bəyanatda deyilir: "Biz Sankt-Peterburq metrosunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktlarını qəti şəkildə pisləyirik. Bu terror aktları nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, dost və qonşu Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir və terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti