...

Səfir: Azərbaycan bütün dünya üçün tolerantlıq nümunəsidir

Siyasət Materials 6 Aprel 2017 13:16 (UTC +04:00)
Azərbaycan təkcə İsrail üçün yox, bütün dünya üçün tolerantlıq nümunəsidir
Səfir: Azərbaycan bütün dünya üçün tolerantlıq nümunəsidir

Trend-i buradan izləyin

Bakı. Anaxanım Hidayətova - Trend:

Azərbaycan təkcə İsrail üçün yox, bütün dünya üçün tolerantlıq nümunəsidir.

Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransı zamanı İsrailin Azərbaycandakı səfiri Dan Stav deyib.

Səfir bu il Azərbaycan və İsrail arasında münasibətlərin 25 illiyinin qeyd olunduğunu deyib: “Bizim münasibətlərimizin qədim tarixi var. Yəhudi xalqı Azərbaycanla birgə onun sevinclərini və kədərlərini paylaşıb”.

D.Stav qeyd edib ki, iki ölkə arasında çoxlu ortaq cəhətlər var: "Hər iki ölkə münaqişələrə baxmayaraq, uğurlu inkişafı davam etdirib, hər iki ölkə münaqişələrin həllində sülh prosesinə böyük əhəmiyyət verir".

Səfir ölkələr arasında uğurlu iqtisadi əməkdaşlığın mövcud olduğunu qeyd edib.

O, İsrailin TAP və TANAP layihələrində iştirakını istisna etməyib.

Onun sözlərinə görə, tərəflər energetika sahəsində əməkdaşlığı inkişaf etdirir və ötən il iqtisadi çətinliklərə baxmayaraq Azərbaycanla İsrail arasında ticarət dövriyyəsi daha da artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti