Bakı. Elmira Tariverdiyeva - Trend
Avropa İttifaqının genişlənmə və qonşuluq məsələləri üzrə komissarı Yohannes Han Varşavada “Şərq tərəfdaşlığı” proqramının nazirlər iclasında iştirak edəcək.
Trend-in məlumatına görə, iclasda Aİ-nin, eləcə də Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ermənistan və Ukraynanın xarici işlər nazirləri iştirak edəcək.
İclasdan qabaq Y.Han qeyd edib ki, “Şərq tərəfdaşlığı” layihəsi ümumi dəyərlər üzərində qurulub: “Ötən il biz prioritet sahələrdə - iqtisadi inkişaf, idarəçilik institutlarının möhkəmləndirilməsi kimi sahələr üzrə irəli addımlar atmışıq. Varşavada mən onu vurğulamaq istəyirəm ki, “Şərq tərəfdaşlığı” bizim üçün gələcəkdə də prioritet olacaq”.