...

Zeynəb Xanlarova: AŞ PA-nın Türkiyəyə qarşı qərarı bütün Azərbaycan xalqını qəzəbləndirib

Siyasət Materials 2 May 2017 13:01 (UTC +04:00)
“Türkiyəni güclü görən Avropa Şurası Parlament Assambleyası, əlbəttə ki, belə qərəzli qərar qəbul edəcək”.
Zeynəb Xanlarova: AŞ PA-nın Türkiyəyə qarşı qərarı bütün Azərbaycan xalqını qəzəbləndirib

Bakı. Elçin Mehdiyev - Trend:

“Türkiyəni güclü görən Avropa Şurası Parlament Assambleyası, əlbəttə ki, belə qərəzli qərar qəbul edəcək”.

Trend-in məlumatna görə, bunu Milli Məclisin deputatı Zeynəb Xanlarova bu gün keçirilən plenar iclasda AŞ PA-nın Türkiyənin monitorinq altına alınması barədə qərarına münasibət bildirərkən deyib.

Z.Xanlarova qeyd edib ki, AŞ PA-nın bu qərarı bütün Azərbaycan xalqını qəzəbləndirib:

“Təklif edirəm ki, bütün parlament adından etirazımızı bildirək. Çünki Türkiyəyə qarşı belə münasibət sabah bizə də qarşı olacaq. Belə bir məqamda biz Türkiyənin yanında olmalıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti