...

TürkPA-da bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

Siyasət Materials 24 İyun 2017 13:58
Astanada Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının üçüncü iclası keçirilib.
TürkPA-da bərpa olunan enerji mənbələrinin inkişafı müzakirə olunub

Trend-i buradan izləyin

Bakı. Trend:

Astanada Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının üçüncü iclası keçirilib.

TürkPA-dan Trend-ə verilən məlumata görə, iclasın gündəliyinin əsas maddəsi “Üzv ölkələrdə alternativ enerji mənbələrinin inkişafı” olub.

İclas bərpa olunan enerji mənbələrinin inkişafına həsr olunmuş EXPO-2017 Astana Beynəlxalq İxtisaslaşdırılmış Sərgisinə həsr olunub. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər, müvafiq nazirliklərin, eləcə də Türk əməkdaşlıq qurumlarının nümayəndələri iclasda iştirak ediblər. İclasa TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının və Azərbaycan Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov sədrlik edib. Ə.Əmiraslanov EXPO-2017 Beynəlxalq İxtisaslaşdırılmış Sərginin əhəmiyyətini vurğulayıb.

TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin millət vəkili Feyzullah Kıyıklık iclasın əsas hesabat məruzəsini təqdim edib. O, enerjinin bütün dünya üçün mühüm və həssas məsələ olduğunu qeyd edib. O, enerji ehtiyatlarının müxtəlifliyi barədə məlumat verib. Sonra alternativ enerji sahəsində Türkiyənin imkanları haqqında danışıb. İclasda Türkiyənin geotermal enerji avadanlığı üzrə dünyada yeddinci, Avropada isə ilk sırada olduğu qeyd olunub.

Qazaxıstan Parlament Məclisinin millət vəkili Serik Seydumanov EXPO-2017 və sərgi çərçivəsində keçirilən qlobal miqyaslı müxtəlif tədbirlər haqqında geniş məlumat verib. Həmçinin, parlamentarilər gündəliyin əsas maddəsi ilə bağlı bütün TürkPA üzv ölkələrinin potensial imkanlarını müzakirə ediblər. Çıxışçılar arzuolunmaz nəticələrdən yan keçilməsi məqsədilə bu məsələlərin nəzarət altında həyata keçirilməsinin lazım olduğunu vurğulayıb.

Komissiya TürkPA-nın 7-ci Plenar İclasına təqdim olunması üçün mövzu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarını təsdiq edib. Komissiyanın növbəti IV iclasının Qırğızıstanda keçirilməsi nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti