...

Azərbaycan ATƏT PA-da İpək yoluna Dəstək qrupunun yaradılmasına təşəbbüs göstərir

Siyasət Materials 3 İyul 2017 12:10 (UTC +04:00)
Azərbaycanlı millət vəkilləri ATƏT Parlament Assambleyasında İpək yoluna Dəstək qrupunun yaradılmasına təşəbbüs göstərir
Azərbaycan ATƏT PA-da İpək yoluna Dəstək qrupunun yaradılmasına təşəbbüs göstərir

Bakı. Trend:

Azərbaycanlı millət vəkilləri ATƏT Parlament Assambleyasında İpək yoluna Dəstək qrupunun yaradılmasına təşəbbüs göstərir.

Trend-in məlumatına görə, bunu “Belta” agentliyinə müsahibəsində Belarus parlamentinin Nümayəndələr palatasının sədri Vladimir Andreyçenko deyib.

Onun sözlərinə görə, bu qrup səmərəli iqtisadi və ticarət münasibətlərinə yardım platforması rolunu oynayacaq:

“Bu təşəbbüsün məqsədi nəqliyyat dəhlizlərinin inkişafı, ticarət və daşıma prosedurlarının sadələşdirilməsi, şəxslərin, xidmət və malların, eləcə də investisiyaların sərbəst hərəkətinin inkişafına xidmət etməkdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti