...

Baş nazirin birinci müavini: Belarus Azərbaycanın etibarlı tərəfdaşıdır (FOTO)

Siyasət Materials 6 İyul 2017 20:45 (UTC +04:00)
Belarus Azərbaycan üçün nəinki strateji partnyor, həm də yaxın, dost və qardaş ölkədir, ən əsası isə etibarlı tərəfdaşdır.
Baş nazirin birinci müavini: Belarus Azərbaycanın etibarlı tərəfdaşıdır (FOTO)

Bakı. Səba Ağayeva - Trend:

Belarus Azərbaycan üçün nəinki strateji partnyor, həm də yaxın, dost və qardaş ölkədir, ən əsası isə etibarlı tərəfdaşdır.

Trend-in məlumatına görə, bunu Baş nazirin birinci müavini Yaqub Eyyubov Belarusun milli bayramı münasibəti ilə keçrilən qəbulda deyib.

Y.Eyyubov bildirib:

"Biz münasibətlərimizi qarşılıqlı hörmət və dostluq prinsipləri üzərində qururuq. İki ölkənin iqtisadiyyatı sürətlə inkişaf edir və bu, dövlət başçılarının apardığı düzgün və müdrik siyasətin nəticəsidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti