...

Şərq Tərəfdaşlığı və Vışeqrad Qrupu ölkələri xarici işlər nazirlərinin iclasının gündəliyi açıqlanıb

Siyasət Materials 31 İyul 2017 19:38 (UTC +04:00)
Şərq Tərəfdaşlığı və Vışeqrad Qrupu ölkələrinin xarici işlər nazirləri Budapeştdə keçiriləcək növbəti görüşdə infrastrukturun inkişafı, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, eləcə də təhlükəsizlik məsələlərini müzakirə edəcəklər
Şərq Tərəfdaşlığı və Vışeqrad Qrupu ölkələri xarici işlər nazirlərinin iclasının gündəliyi açıqlanıb

Bakı. Səba Ağayeva - Trend:

Şərq Tərəfdaşlığı və Vışeqrad Qrupu ölkələrinin xarici işlər nazirləri Budapeştdə keçiriləcək növbəti görüşdə infrastrukturun inkişafı, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, eləcə də təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Trend-in məlumatına görə, nazirlərin bu formatda növbəti görüşü sentyabrın ortalarında Budapeştdə keçiriləcək.

Qeyd edək ki, Macarıstan iyulun 1-dən "Vışeqrad qrupu"nun sədridir.

Nazirlərin görüşündə həmçinin Aİ-"Şərq tərəfdaşlığı" sammitinə hazırlıq müzakirə ediləcək. Nazirlərin sonuncu görüşü aprel ayında Varşavada baş tutub.

Vışeqrad Qrupuna 4 ölkə - Macarıstan, Çexiya, Polşa və Slovakiya daxildir.

Şərq Tərəfdaşlığı ölkələri isə Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukraynadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti