...

Nazir: Azərbaycanla Türkiyə arasında münasibətlər vacib xarakter daşıyır

Siyasət Materials 13 Sentyabr 2017 16:29 (UTC +04:00)
Azərbaycanla Türkiyə arasında münasibətlər vacib xarakter daşıyır
Nazir: Azərbaycanla Türkiyə arasında münasibətlər vacib xarakter daşıyır

Bakı. Rufiz Hafizoğlu - Trend:

Azərbaycanla Türkiyə arasında münasibətlər vacib xarakter daşıyır.

Trend-in məlumatına görə, bunu Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü zamanı qardaş ölkələr arasında münasibətlərin inkişafının vacibliyi vurğulanıb.

Qeyd edək ki, bu gün Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə bildirmişdilər ki, Çində Dünya Turizm Təşkilatının Baş Assambleyasının XXII iclası çərçivəsində türkiyəli və azərbaycanlı nazirlər iki ölkə arasında turizm sahəsində əlaqələri müzakirə etməyi planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti