...

Hərbi təlimlərdə iştirak edəcək Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana gəlib (FOTO/VİDEO)

Siyasət Materials 15 Sentyabr 2017 16:30 (UTC +04:00)
“TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə hərbi aviasiyasının növbəti qrupu Azərbaycana gəlib.
Hərbi təlimlərdə iştirak edəcək Türkiyə aviasiyasının növbəti qrupu Azərbaycana gəlib (FOTO/VİDEO)

Bakı. Trend:

“TurAz Qartalı - 2017” birgə təlimlərində iştirak etmək üçün Türkiyə hərbi aviasiyasının növbəti qrupu Azərbaycana gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 18-dən 30-dək ölkəmizdə keçiriləcək təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

Aviasiya vasitələrinin gəlişi davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti