...

TürkPA-nın 7-ci Plenar iclasına hazırlıqlar başlayıb

Siyasət Materials 3 Oktyabr 2017 11:35 (UTC +04:00)
TürkPA üzv parlamentləri dekabr ayının 8-də Assambleyanın Bişkekdə keçirilməsi planlaşdırılan 7-ci Plenar İclasına hazırlıqlara start verib.
TürkPA-nın 7-ci Plenar iclasına hazırlıqlar başlayıb

Bakı. Trend:

TürkPA üzv parlamentləri dekabr ayının 8-də Assambleyanın Bişkekdə keçirilməsi planlaşdırılan 7-ci Plenar İclasına hazırlıqlara start verib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, Qazaxıstan Parlamenti Məclisinin (Aşağı Palata) Sədri, TürkPA-nın Fəaliyyətdə olan sədri Nurlan Niqmatulinin təşəbbüsü ilə TürkPA-nın Baş katibi Jandos Asanov Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Kahraman və Qırğızıstan Joqorku Keneşinin sədri Çınıbay Tursunbekov ilə danışıqlar aparıb.

Danışıqlar zamanı TürkPA-nın yüksək səviyyəli toplantısının gündəliyi və proqramı ilə bağlı olan məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti