...

Elman Məmmədov: Sarkisyan beynəlxalq hüquqa uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranır

Siyasət Materials 18 Oktyabr 2017 11:36 (UTC +04:00)
Ermənistan prezidenti Serj Sarkisyan və onun komandası ilə aparılan danışıqlar heç bir nəticə verməyəcək.
Elman Məmmədov: Sarkisyan beynəlxalq hüquqa uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranır

Bakı. Samir Əli - Trend:

Ermənistan prezidenti Serj Sarkisyan və onun komandası ilə aparılan danışıqlar heç bir nəticə verməyəcək. Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Millət vəkili bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Sarkisyan və onun komandasının məhv edilməsi deməkdir:

"Çünki Sarkisyan kimi hərbi cani Dağlıq Qarabağ dalğası üzərindən hakimiyyətə gəlib. Danışıqların konstruktiv aparılması Dağlıq Qarabağ münaqişəsinin həllinə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına gətirib çıxarmalıdır. Bu problem həll edilsə, Sarkisyan hakimiyyəti məhv olar. Ona görə də, Sarkisyan nə qədər danışıqlara getsə də, danışıqlardan sonra sərsəmləyir. Onlar danışıqlarda ədalətli mövqe tutmaq istəmir. Sarkisyan hərbi canidir. Həbsxanada olmalı olan bir hərbi cani dövlət başçısıdırsa, ondan başqa nə gözləmək olar. O, beynəlxalq hüquq normalarına uyğun deyil, kriminal aləmin qanunlarına uyğun davranır. Xocalı soyqırımının törədilməsində birbaşa hərbçi kimi iştirak edən Sarkisyan bu gün Ermənistan prezidentidir. O, müəyyən qüvvələrin hesabına həmin vəzifədə oturdulub. Azərbaycan Sarkisyana hərbi gücünü göstərməyincə o, ağıllanmayacaq".

Qeyd edək ki, oktyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrədə İsveçrə zirvə görüşü keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti