...

Prezident İlham Əliyev: Azərbaycanda vəziyyət sabitdir, daxili risklər və potensial təhlükələr yoxdur

Siyasət Materials 18 Oktyabr 2017 20:48 (UTC +04:00)
Azərbaycanda vəziyyət sabitdir, daxili risklər və potensial təhlükələr yoxdur.
Prezident İlham Əliyev: Azərbaycanda vəziyyət sabitdir, daxili risklər və potensial təhlükələr yoxdur

Bakı. Trend:

Azərbaycanda vəziyyət sabitdir, daxili risklər və potensial təhlükələr yoxdur.

Trend-in məlumatına görə, bunu oktyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev MDB Sərhəd Qoşunları Komandanları Şurasının Bakıda keçiriləcək 78-ci iclasının iştirakçıları ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib ki, bu yaxınlarda Soçidə MDB-nin növbəti sammiti keçirildi. Azərbaycan həmin tədbirdə fəal iştirak etdi:

"Ümumiyyətlə, biz MDB məkanında bir çox mühüm işlərdə fəal iştirak edirik. Əlbəttə, təhlükəsizliyin, sərhədlərin qorunmasının möhkəmləndirilməsi bizim bütün ölkələrimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu, ölkələrimizin və xalqlarımızın təhlükəsizliyinin əsasıdır. Bizim vətəndaşların normal, rahat həyatı da çox cəhətdən sizin rəhbərlik etdiyiniz xidmətlərin uğurlu fəaliyyətindən asılıdır. Buna görə də heç şübhəsiz, bizim ölkələrimizin rahat, normal, sabit inkişafı da sizin aranızda əməkdaşlıqdan, informasiya mübadiləsindən, qarşılıqlı fəaliyyətdən asılıdır".

İlham Əliyev bildirib ki, Azərbaycanda sərhəd xidmətinin infrastrukturunun, bütövlükdə sərhəd xidmətinin inkişafına çox böyük diqqət yetirilir: "Son illərdə sərhədlərin möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı sahəsində çox iş görülüb. Hesab edirəm ki, bu sahə təhlükəsizliyin möhkəmləndirilməsi işində mühüm sahələrdən biridir.

Təəssüf ki, bizim ölkələrimizin yerləşdiyi regionlarda, bütövlükdə dünyada risklər artır. Buna görə, əlbəttə ki, səylərin əlaqələndirilməsi, informasiya mübadiləsi və təhlükəli hallara qarşı birgə mübarizə bizim təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda vəziyyət sabitdir, ölkə uğurla inkişaf edir, daxili risklər və potensial təhlükələr yoxdur. Buna görə, əlbəttə, biz əlimizdən gələni etməliyik ki, təhlükəli elementlər bizim sərhədlərdən keçməsin. Biz bunu, əlbəttə, öz qonşularımızla, MDB ölkələri ilə əlaqələndirilmiş şəkildə təmin edirik. Əlbəttə ki, beynəlxalq terrorizmə qarşı mübarizə məsələləri bugünkü gündəlikdə başlıca yer tutur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti