Bakı. Trend:
Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun açılışı regionun gələcəyi üçün mühüm hadisədir. Trend-in məlumatına görə, bunu bu gün Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimində çıxışı zamanı Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə Prezidenti qeyd edib ki, bu gün Çindən Avropaya gedən yükün həcmi 240 milyon tonu keçir:
"Əgər bu yükün heç olmasa 10 faizi bizim ölkələrdən keçən "Orta dəhliz" vasitəsilə nəql olunsa, o zaman biz əlavə olaraq 24 milyon ton yük daşıya bilərik".
Ərdoğan həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.