...

Prezident İlham Əliyev: Azərbaycanda neft rifah, inkişaf, sabitlik, güc gətirir

Siyasət Materials 8 Noyabr 2017 17:19 (UTC +04:00)
Azərbaycanda neft rifah, inkişaf, sabitlik, güc gətirir.
Prezident İlham Əliyev: Azərbaycanda neft rifah, inkişaf, sabitlik, güc gətirir

Bakı. Trend:

Azərbaycanda neft rifah, inkişaf, sabitlik, güc gətirir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycanda iki milyard ton neft hasil olunması münasibətilə təntənəli mərasimdə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı qeyd edib: "Biz “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir".

İlham Əliyev bildirib ki, bu gün bizim müstəqil ölkə kimi yaşamağımızda, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir:

"Azərbaycanın timsalında, eyni zamanda, göstərilir ki, dövlət və xarici sərmayədarlar birlikdə necə iş qurmalıdırlar. Bu iş hansı prinsiplər əsasında qurulmalıdır. Burada da Azərbaycan bir nümunədir. Çünki biz tərəfdaşlarımızla, xüsusilə əsas strateji investor olan BP şirkəti ilə çox sağlam zəmində, qarşılıqlı dəstək, qarşılıqlı inam, qarşılıqlı maraqlar əsasında əməkdaşlıq qurmuşuq. Həm investorlar, Azərbaycana milyard dollarlarla vəsait qoyan konsorsiumlar, həm də Azərbaycan dövləti böyük gəlir əldə edir. Burada hər iki tərəf fayda götürür və uğurlu əməkdaşlığın təməlində məhz bu, dayanır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti