Bakı. Trend:
Avropa İttifaqı (Aİ) noyabrın 24-də Brüsseldə keçiriləcək "Şərq tərəfdaşlığı" sammitində Azərbaycanla aviasiya sazişinə təşəbbüs göstərməkdən məmnun olacaq.
Trend-in məlumatına görə, bunu sammitə həsr olunan videokonfrans zamanı Aİ-nin nümayəndəsi deyib.
Vahid aviasiya məkanının yaradılması aviasiya bazarlarının açılması və inteqrasiyasına yönəlib. Bu da istehlakçılar və operatorlar üçün yeni imkanlar, ən əsası isə uçuş təhlükəsizliyi baxımından yüksək standartlara və hava rabitəsinin idarə olunmasına gətirib çıxaracaq.