...

Lavrov: Xəzərin statusu ilə bağlı konvensiyanın mətni faktiki olaraq hazırdır

Siyasət Materials 5 Dekabr 2017 15:35 (UTC +04:00)
Xəzəryanı dövlətlər Xəzər dənizinin statusu ilə bağlı qalan məsələlər üzrə razılığa gəlib, müvafiq konvensiyanın mətni faktiki olaraq hazırdır
Lavrov: Xəzərin statusu ilə bağlı konvensiyanın mətni faktiki olaraq hazırdır

Bakı. Trend:

Xəzəryanı dövlətlər Xəzər dənizinin statusu ilə bağlı qalan məsələlər üzrə razılığa gəlib, müvafiq konvensiyanın mətni faktiki olaraq hazırdır.

Trend-in məlumatına görə, bunu Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclasından sonra Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir bildirib ki, konvensiyanın mətni təkmilləşdirildikdən sonra təsdiq olunması üçün Xəzəryanı ölkələrin dövlət başçılarına təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti