Bakı. Trend:
Altınbek Mamayusupov Türkdilli ölkələrin Parlament Assambleyası (TürkPA) Şurasının baş katibi seçilib.
Trend-in məlumatına görə, bu barədə qərar TürkPA Şurasının VII iclasında qəbul edilib.
Bütün iştirakçılar A.Mamayusupovun namizədliyini dəstəkləyiblər.
Qeyd edək ki, yeni baş katib bundan əvvəl Qırğızıstan parlamentinin TürkPA-da rəsmi nümayəndəsi olub.
Xatırladaq ki, TürkPA-da sədrlik Qırğızıstana keçib.